Ukraynada baş verənlərə NATO təmkinlə yanaşır.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, NATO-nun xarici işlər nazirləri şurası Kiyevdəki olaylarla bağlı qətnamə qəbul edib.
Orada bildirilib: «Azad, demokratik və müstəqil Ukrayna Avroatlantik təhlükəsizliyin açarıdır».
Qurumun baş katibi Anders foq Rasmussen olayların danışıq yolu ilə həllinə tərəfdar olduqlarını bildirib.O, deyib ki, Ukrayna hakimiyyəti güc tətbiqindən çəkinib, müxalifətlə danışığa başlamalıdır. Baş katib NATO-nun bu ölkədə baş verənləri diqqətlə izlədiyini vurğulayıb.