İran İslam Respublikası ABŞ Kino Akademiyasının qərarını özlərinə həqarət sayıb.
Lent.az-ın «nuysru»-ya istinadən məlumatına görə, akademiyanın qərarı ilə «Arqo» əməliyyatı» «Oskar» mükafatına layiq görülüb.
Tehran iddia edib ki, bu qərar «siyasi motivlidir». Buna sübut kimi onlar ABŞ prezidentinin xanımı Mişel Obamanın tədbirdə iştirakını əsas göstərib. Mükafatnı verilməsi mərasimində video-konfrans vasitəsi ilə aparıcı Cek Nikolson onunla bağlantı yaradıb.
Həmin film ABŞ-ın 6 diplomatının İran həbsxanasından qurtarılmasından bəhs edir.
İslam Respublikasının dövlət televiziyası öz növbəsində bildirib ki, film Mərkəzi Kəşfiyyat İdarəsinin «reklam çarxı»dır.
1979-cu ildə ABŞ-ın İrandakı səfirliyinin ələ keçirilməsində iştirak edənlərdən biri,Tehran şəhər şurasının üzvü, Məsumə Əbtəkarin fikrincə, filmin rejissoru Ben Afflek hiddətlənmiş kütləni göstərsə də, səfirliyin işğal edənlərin çoxunun tələbə olduğunu göstərməyib.
İranın islam irşadı və mədəniyyət naziri Məhəmməd Hüsenyinin qənaətincə, Hollivud İslam Respublikasına qarşı «yumşaq savaş» çərçivəsində tarixi faktları bilərəkdən «təhrif edib».