«ABŞ-ın borcunun yerinə Çini qırmalı»
12 noyabr 2013 07:16 (UTC +04:00)

«ABŞ-ın borcunun yerinə Çini qırmalı»

Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın «ABC» telekanalında «Çində hamını öldürməli» təklifinə kəskin etiraz edib.

 

Lent.az-ın «The Telegraph» qəzetinə istinadən məlumatına görə, bu deyim «Jimmy Kimmel Live» axşam şou proqramında söylənilib. Rollardan birini oynayan uşaq belə bir təkliflə çıxış edib: «ABŞ-ın canını borclardan qurtarmasına yardım etmək üçün Çində hamını  öldürmək lazımdır».

 

 

Çin XİN bu zarafatı belə dəyərləndirib: «Qeyd etmək lazımdır ki, irqçilik və nifrət KİV-in sosial məsuliyyəti ilə ziddiyyət təşkil edir».

 

Bundani başqa Çin ictimaiyyəti adından da telekanala  bağlı belə etiraz bəyanatı yayılıb: «Əgər uşaqlar qaradərililəri, müsəlmanları və ya yəhudiləri öldürmək lazımdır desə idi, «ABC» bu sözləri silərdi».

 

Xatırladaq ki, Çində də müsəlman, yəhudi və qara dərili var.«Çinli qırmaq» deyildik də yalnız «xaanlar» nəzərdə tutulmur.

 

Bir müddət öncə «ABC»-nin təmsilçisi Çinin uyğun dövlət qurumundan yazılı şəkildə üzr istəyərək, bildirib: «Teleşirkət bu yayımla Çin sakinləri və ya Asiyadan olanları məqsədli şəkildə rahatsız etmək niyyətində olmayıb».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314
avatar

Oxşar yazılar