Misirin rəsmi “Əl-Əhbar” qəzeti hökumətin “Müsəlman Qardaşları” Hərəkatının qeyri-hökumət təşkilatı kimi qeydiyyatının ləğv edilməsi barədə qərar verdiyini yazıb.
Lent.az-ın “Əl-Əhbar” qəzetinə istinadən verdiyi məlumata görə, hökumətin qərarı gələn həftə açıqlanacaq.
“Əl-Əhbar” qəzetinə açıqlama verən Sosial Müdafiə Nazirliyinin sözçüsü Hani Mahana deyib ki, nazirlik bununla bağlı artıq qərar verib, sadəcə, gələn həftə keçiriləcək bir mətbuat konfransında açıqlanacaq.
Qeyd edək ki, “Müsəlman Qardaşları” Hərəkatı 1928-ci ildə yaradılıb. Misir hökuməti 1954-cü ildə Hərəkatın fəaliyyətini qadağan edib, gizli fəaliyyətə keçib. Bu ilin mart ayında isə “Müsəlman Qardaşları” Hərəkatı qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib.