Gürcüstanın NATO-ya üzv olması ona inkişafı üçün heç bir üstünlük verməyəcək, yalnız Rusiya ilə münasibətlərdə gərginlik mənbəyi yaradacaq.
Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev “Rustavi-2” telekanalına müsahibəsində bildirib.
“Bu suveren dövlət olan, yaxşı inkişaf edən Gürcüstana əlavə heç bir şey verməyəcək, ancaq ölkələrimiz arasında davamlı, uzunmüddətli gərginlik mənbəyi yaradacaq” - deyə, o, bildirib.
Medvedev qeyd edib ki, gərginliyə səbəb 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan münaqişəsi ilə yox, “müdafiə anlamı” ilə bağlı olacaq: “Çünki Gürcüstan müəyyən şərait yarandıqda mümkün düşmənimizin, böyük hərbi-siyasi alyansın üzvü və iştirakçısı olacaq”.
Baş nazir qeyd edib və xatırladıb ki, NATO-nun nüvə raketləri Rusiyadakı obyektlərə tuşlanıb.