“Ergenekon” işində həbs olunan İlker Başbuğ, Tuncay Özkan, Doğu Perinçek və Mustafa Balbayın da aralarında olduğu məhkumlar bir sıra əsas hüquqlarından məhrum edilə bilər. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən məlumatına görə, Türkiyə Ali Məhkəməsi qərarı təsdiqləsə, həbsdə olduqları müddətdə onların atalıq, seçmə və seçilmə, ictimai vəzifələrdə qalmaq hüquqları əllərindən alınacaq.