“Əl-Qaidə” Suriya Azadlıq Ordusunun komandirini öldürdü
12 iyul 2013 10:34 (UTC +04:00)

“Əl-Qaidə” Suriya Azadlıq Ordusunun komandirini öldürdü

Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən qüvvələr arasında parçalanma dərinləşir.

Lent.az-ın Reyters agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 11-də “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “Əl-Nusra” Cəbhəsinin döyüşçüləri müxalif Suriya Azadlıq Ordusunun nüfuzlu komandirlərindən olan Kamal Hamamini öldürüblər.

“Əbu Basel əl-Ladkani” ləqəbli Kamal Hamami “Əl-Nusra” Cəbhəsi ilə danışıqlara gəlib və danışıqlar zamanı da qətlə yetirilib. Bundan sonra “Əl-Nusra” Cəbhəsinin rəhbərlərindən biri müxalif Suriya Azadlıq Ordusunun rəhbərliyi ilə əlaqə saxlayıb, onların hamısını Kamal Hamaminin arxasınca o dünyaya göndərəcəklərini söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar