“Əl-Qaidə” terror təşkilatı “ölüm siyahısı”nı açıqlayıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, siyahı “Əl-Qaidə”-nin internetdə yayımlanan “Inspire” dərgisində yerləşdirilib.
Siyahı ABŞ prezidenti Barak Obamanın seçki şüarı olan “Yes we can” (“Edə bilərik”) şüarının müşayiəti ilə verilir. Siyahıdakı 11 nəfərin arasında siyasətçi, yazar, karikaturaçı və jurnalistlər var. Həmin şəxslər aşağıdakılardır:
- Terry Jones (rahip)
- Karsten Juste (“Jyllends Posten”in sabiq baş redaktoru)
- Kurt Vesterfaart (karikaturaçı)
- Geert Vilders (siyasətçi)
- Lars Vilks (rəssam)
- Stephane Charbonnier (Charlie Hebdo)
- Flemming Rose (“Jyllends Posten”in redaktoru)
- Morris Sadık (Misirli xristian)
- Salman Rüşdi (yazar)
- Ayaan Hırsi Ali (siyasətçi)
- Molly Norris (karikaturaçı)