«İranla razılıq əldə edildi»
İranla «altılıq» arasında Tehranın atom problemi ilə bağlı Cenevrədə keçirilən danışıqlarda razılıq əldə edilib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Fransa və Almaniyanın xarici işlər nazirləri jurnalistlərə deyib.
«Anlaşma var» -deyə, alman diplomat təsdiqləyib.
İranın xarici işlər naziri Məhəmməcavad Zərif də məsələ ilə bağlı öz «Tvitter» səhifəsində belə yazıb: «Biz razılığa gəldik».
Əldə edilən razılaşmalar haqda ətraflı açıqlaçma verilməsə də bu,İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaların yumşalacağını deməyə əsas verir.
Anlaşmaya görə, 6 ay ərzində İran nüvə proqramını donduracaq.
***
02.36
«Atılıq»la İran arasında Tehranın nüvə probleminin tənzimlənməsi ilə bağlı mətnin «98 faizi razılaşdırılıb». Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Cenevrədə danışıqların gedişinə yaxın mənbə xəbər verib.
«Mətnin 98 faizini razılaşdırmışıq. Özəllik uranın zənginləşdirilməsi ilə bağlı danışıqları davam etdiririk»-deyə, mənbə bildirib.