Martın 2-də İranın xarici işlər naziri Ələkbər Salehi Tehranda səfərdə olan suriyalı həmkarı Valid əl-Müəllim ilə birlikdə mətbuat konfransı keçirib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, iranlı diplomat deyib ki, Bəşar Əsəd 2014-cü ildə Suriyada keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcək.
«Növbəti prezident seçkisi kampaniyasında prezident Əsəddə başqaları kimi namizədliyini irəli sürəcək, qoy, Suriya xalqı kimi istəyir onu da seçsin»-deyə, Ə.Salehi söyləyib.
Nazir Bəşar Əsədin prezidentliyinin qanuniliyinə belə münasibət bildirib: «2014-cü ilin prezident seçkisinədək biz Bəşar Əsədi dövlət başçısı kimi tanıyacağıq».
İranın Bəşar Əsədlə bağlı istəyinə Dəməşq hakimiyyəti münasibət bildirməyib. Eləcə də toplantıda Valid əl-Müəllim də məsələ ilə bağlı susmaqla cavab verib.