Dünya siyasətinin nüfuzlu xadimlərindən biri, İsrail prezidenti 90 yaşlı Şemon Peresin gələcək siyasi fəaliyyəti ilə bağlı son zamanlar çeşidli fikrilər yayılır.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «İsrail TV» bildirib ki, prezidentlik müddəti başa çatdıqdan sonra o, yeni siyasi partiyanın rəhbərliyində təmsil olunacaq.
Mənbənin məlumatına əsasən, 90 yaşlı siyasətçi prezidentlik müddəti başa çatdıqdan sonra ölkəsinin «taleyinə təsir göstərmək» arzusundadır.
Məlumatda bildirilib ki, həmin partiyaya «Mosad»-ın kemiş rəisi Meir Daqan, Ümumi Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Yuval Diskin və başqa ictimai fəallar, iş adamları daxil olacaq.
Xatırladaq ki, Şemon Peresin prezidentlik müddəti 2014-cü ilin yayında başa çatır. 1988-ci ildə edilmiş dəyişikliyə əsasən, İsraildə prezident 7 illiyə seçilir. O vaxtadək 5 illiyə seçilirdi.
Bir müddət öncə onun yenidən prezident olması və bununla bağlı qanunda dəyişikliyin edilməsinə hazırlıq getdiyi bildirilmişdi.