Roma Papasının istefası Kubanın prezidenti Raul Kastroya da təsirsiz ötüşməyib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, hakimiyyətdən gedəcəyi vaxtı dəqiq deməsə də bu addımı atacığı istisna edilmir.
Fevralın 24-də Raul Kastro qarşıdan gələn 5 illik müddətə prezident olmaq üçün and içəcək. Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşdə o, deyib:«Mənim 82 yaşım var. Siz necə düşünürsünüz, mənim də təqaüdə çıxmaq haqqım var?»
Raul Kastro Medvedevə işarə edib ki, onun bazar günkü çıxışını dinləsin: «Bu çox maraqlı olacaq. Diqqət edərsiniz».
Bu fikirlərin heç biri Kuba televiziyasında yayımlanmayıb. Ancaq bu çıxışdan xəbərdar olanlar Raul Kastronun istefasına inansalar da, bunun tezliklə baş verməyəcəyini bildiriblər.
Xatırladaq ki, Raul Kastro hakimiyyəti 2006-cı ildə qardaşı Fidel Kastrodan təhvil alıb.