ABŞ-ın Florida ştatının şimalında Leyk-Batler şəhərində avqustun 24-də iki nəfər öldürülüb, ikisi yaralanıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, işlədiyi nəqliyyat şirkətində işdən azad çıxarılmış Hübert Allen adlı 72 yaşlı qadın firmanın 80 yaşlı yiyəsini və başqa bir həmkarını güllələyib. Bundan başqa daha iki keçmiş həmkarlarını da yaralayıb. Cinayəti törədəndən sonra o, özünü güllələyərək, intihar edib.
Allenin hərəkətinin motivi hələ ki bəlli deyil. Polis istintaq aparır.