İran xarici işlər nazirinin müavini Abbas Araqçı ölkəsinin Yaponiya, İsveçrə və Cənubi Koreya banklarında olan hesabları aktivləşdiriləcək. Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, o, deyib ki, yaxın günlərdə İslam Respublikası Adı çəkilən dövlətlərin banklarındakı neft satışından əldə etdikləri maliyyə vəsaitini əldə edə biləcəklər.
Nazirinin müavini xarici ölkələrdə blokadaya alınmış neft pullarından danışarkən daha sonra deyib: «Cenevrədəki nüvə razılaşmasından sonra dünyanın 8 ölkəsində blokadaya alınmış ölkənin neft pullarından 4,2 milyard dolları tədricən ölkəyə qaytarılacaq. Razılaşmaya əsasən, ölkənin neft satışından qazandığı, ancaq xarici ölkələrin banklarında dondurulmuş pullardan hər dəfə 550 milyon dollar olmaq şərti ilə 6 mərhələdə, eləcə də hər dəfə 450 milyon dollar, 2 mərhələdə ölkəyə qaytarılaraq İran Mərkəzi Bankının hesabına köçürüləcək. Beləliklə, martın ortalarınadək dondurulmuş maliyyə vəsaitinin azı bir milyard 500 milyon dolları ölkəyə qaytarılacaq».
Atom-nüvə proqramına görə Tehran hakimiyyətinə tətbiq edilən beynəlxalq sanksiyalar nəticəsində onun xarici ölkələrin banklarında yüz milyard dollara yaxın dondurulmuş maliyyə vəsaitinin olduğu bildirilir.