Nigeriyanın şimalında “Boko Haram” qrupunun üzvləri həbsxanaya silahlı basqınediblər. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ağır silahlarla silahlanmış “Boko Haram” üzvləri təxminən 100 məhkumu həbsxanadan qaçırıblar.
Ordu rəhbərliyindən verilən rəsmi açıqlamada qeyd olunur ki, qrup üzvləri əvvəlcə polis bölməsinə, sonra həbsxanaya hücum təşkil edilib. Qanlı hücumda 22 polis əməkdaşı , 14 həbsxana işçisi, 2 əsgər və 4 mülki vətəndaşın öldüyü bildirilir. “Boko Haram” qrupunun da 13 üzvünün öldürüldüyü bildirilir.