Gürcüstanın baş naziri Bidzina İvanişivil yaxın 3- 4 ildə ölkəsinin NATO və Avropa Birliyinə inteqrasiyasını mümkün sayıb.
Lent.az-ın «interfask»-a istinadən məlumatına görə, «Bloomberg»-ə müsahibəsində o, deyib: «Dəqiq vaxtı demək çətindir. Ancaq şəraiti doğru dəyərləndirsək, olayların inkişafına əsasən Gürcüstanın 3-4 ilə NATO və AB-yə üzv olacağını demək olar».
O, qeyd edib ki, cari ilin sonunadək siyasətdən getməyi planlaşdırır: «Yeni ilədək siyasətdən getməyi və ictimai yaradıcılıqla fəal şəkildə məşğul olmağı düşünürəm».
«Mənə elə gəlir ki, Gürcüstanda problem hakimiyyətdə deyil, təcrübəsiz və aşağı səviyyəli siyasi mədəniyyət malik cəmiyyətdədir. OBu mədəniyyət yüksəltmək üçün əlimdən gələni edəcəyəm»-deyə, baş nazir vurğulayıb.