ABŞ-ın Massaçusets ştatının Beverli şəhərinin sakini Fred Batler 106 yaşında orta məktəbi bitirib.
Lent. az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ona attestatın təqdimatı mərasimində şəhərin meri və digər rəsmi şəxslər iştirak ediblər.
Fred Batler tədbirə qatılan hər kəsə təşəkkür edib, attestat almasını yüksək qiymətləndirib.
Qeyd edək ki, o, 9-cu sinifdə oxuyarkən məktəbdən çıxmaq məcburiyyətində qalıb. Nəşriyyat sahəsində çalışıb, anasına 5 bacı və qardaşını böyütməkdə yardım edib. İkinci Dünya Müharibəsində orduda xidmət edib, daha sonra şəhərin Su Təchizatı Departamentində işləyib. Həyat yoldaşı Keti deyib ki, əri uzun illər nəvə və nəticələrinə məktəbi bitirə bilməməsindən təəssüflə danışıb, təhsil almağın zəruri olduğunu bildirib. Nəvələrindən biri isə deyib ki, babası hər “əla” qiymət alanda ona 5 dollar verib.