Xarici vətəndaşlar   Rusiya ordusunda xidmət edə biləcək - FƏRMAN
14 noyabr 2022 18:44 (UTC +04:00)

Xarici vətəndaşlar Rusiya ordusunda xidmət edə biləcək - FƏRMAN

Prezident Vladimir Putin xarici vətəndaşların Rusiya Silahlı Qüvvələrində xidmət keçməsi haqqında fərman imzalayıb. 

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, fərmana əsasən, əcnəbi vətəndaşlığı olan şəxslərə müddətli həqiqi hərbi xidmətə çağırışla, habelə müqavilə əsasında hərbi xidmət keçməyə icazə verilir.

Sənəddə aydınlıq gətirilir ki, mühakimə olunan, məhkum olunmuş və ya istintaq altında olan əcnəbi ilə müqavilə bağlana bilməz.

Qeyd edək ki, həm Rusiya, həm də başqa ölkənin vətəndaşı olan şəxslər - ikili vətəndaşlığı olanların orduda xidməti nəzərdə tutulur

Fərman imzalandığı gündən - 2022-ci il noyabrın 14-dən qüvvəyə minib.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2070
avatar

Oxşar yazılar