Ukraynanın enerji sistemi tarixinin ən çətin dövrünü yaşayır - RƏSMİ
16 noyabr 2022 00:51 (UTC +04:00)

Ukraynanın enerji sistemi tarixinin ən çətin dövrünü yaşayır - RƏSMİ

Rusiyanın kütləvi raket zərbələri nəticəsində Ukraynanın enerji sistemi tarixinin ən çətin dövrünü yaşasa da idarəetmə itirilməyib.
Lent.az-ın UNİAN-a istinadla xəvərinə görə, bunu Ukrenerqo şirkətinin direktoru Vladimir Kudritski bildirib.

“Situasiya ciddir, hətta bütün tarix boyu ən ciddidir. Lakin biz sistemin idarə edilməsini saxlamışıq. Rusiya yenidən Ukraynanın enerji şəbəkəsini hədəfə alıb – ölkə boyu bütün obyektlər atəş altında olub” – deyə Kudritski bildirib.

Ukrenerqonun rəhbəri bildirib ki, raket zərbələri pik saatlarında endirilib. Sistemin çökməsinin qarşısını almaq üçün əksər ərazilərdə elektrik verilişi dayandırılıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Oxşar yazılar