Ukraynadakı müharibədə ölən  mülki əhalinin   sayı AÇIQLANDI
22 noyabr 2022 17:43 (UTC +04:00)

Ukraynadakı müharibədə ölən mülki əhalinin sayı AÇIQLANDI

Ukraynada müharibənin başbaşlanğıcından noyabrın 20-nə qədər bu ölkənin mülki əhalisi arasında 6595 nəfər ölüb və 10189 nəfər yaralanıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin hesabatında bildirilir, lakin faktiki olaraq daha çox ölən və yaralananların olduğu qeyd edilir.

"Cəmi 6595 nəfər ölüb (2575 kişi, 1767 qadın, 172 qız və 206 oğlan, həmçinin cinsiyyəti hələ müəyyən edilməmiş 37 uşaq və 1838 böyüklər)", - hesabatda vurğulanır.

BMT-nin rəsmi məlumatlarına görə, Ukraynada müharibə başlayandan indiyədək 10189 mülki şəxs (2212 kişi, 1579 qadın, 211 qız və 299 oğlan, həmçinin cinsiyyəti hələ müəyyən edilməmiş 245 uşaq və 5643 böyük) yaralanıb. .

Donetsk və Luqansk vilayətlərində 3939 ölü və 5338 yaralı barədə məlumatlar qeydə alınıb.

Ukrayna hökumətinin nəzarətində olan ərazidə 3490 ölü və 3815 yaralı, Rusiyanın nəzarət etdiyi ərazilərdə isə 449 ölü və 1523 yaralı qeydə alınıb.

Qeydə alınmış mülki itkilərin əksəriyyəti uzaqmənzilli partlayıcı silahların istifadəsi nəticəsində baş verib: ağır artilleriya atəşi, çoxsaylı reaktiv yaylım atəşi, raketlər və hava zərbələri.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Oxşar yazılar