Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? - RƏSMİ CAVAB
27 avqust 2026 12:21 (UTC +04:00)

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? - RƏSMİ CAVAB

0

Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.84%). TC altqrupunda isə göstərici 100%-dir və boş yer qalmayıb.

Bu barədə Lent.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi əvvəlcədən bizə imkan verirdi ki, müsabiqə vəziyyətinin yüksək olacağını proqnoz edək, həmçinin subbakalavrların şanslarının az olacağı vurğulanmışdı. Müsabiqə nəticələrinə əsasən də, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.

II ixtisas qrupu üzrə də 97.52% olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (2319 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.

I ixtisas qrupunda plan yerləri 96.64% dolub. I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 1197 nəfər qəbul olunub.

IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 91.91% və 93.71% dolub. Bu qruplarda müvafiq olaraq 627 və 72 subbakalavr qəbul olunub.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi avqustun 24-də 2026-2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub. Boş qalan plan yerlərinə ixtisas seçimi aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcək. Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının 1711 nəfər daha çox olduğunu müşahidə edə bilərik. Eyni zamanda dövlət sifarişi və dövlət hesabı əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur. Son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar