Rusiyanın hava zərbələri nəticəsində Ukraynada 4,5 milyon abonent elektriksiz qalıb.
Lent.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Voldimir Zelenski televiziya ilə çıxışında bildirib.
“Təkcə bu gecə 4,5 milyon abonent müvəqqəti olaraq elektriksiz qalıb. Döyüş meydanında qalib gələ bilməyən ruslar xalqımızı enerji terroru ilə sındırmaq istəyirlər” – Zelenski qeyd edib.