Ukrayna SQ 11 ədəd PUMA-LE dronları alacaq.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukraynanın rəqəmli transformasiyalar naziri Mixail Fyodorov bildirib.
“Dronlar adi və istilik kameraları ilə təchiz olunub. Onlar 6 saat havada qala və 3 km yüksəyə qalxa bilirlər. Buna görə də aşkar edilıməsi çox çətindir” – deyə nazir qeyd edib.
Qeyd edək ki, sözügedən dronları ABŞ-ın “AeroVironment” şirkəti istehsal edir.