"Türkiyənin 53 müxtəlif yerində baş verən meşə yanğınlarının 36-sı nəzarətə alınıb".
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Antalyada mətbuata açıqlamasında bildirib.
Nazir Türkiyənin 8 vilayətində yanğınların davam etdiyini deyib. Yanğnın təsirindən zərər görən və xəstəxanaya yerləşdirilən 183 nəfərdən hazırda 15-nin xəstəxana şəraitində müalicə olunduğunu qeyd edən B.Pakdemirli ölənlərin sayının 3-ə çatdığını xatırladıb.
B.Pakdemirli 150 iribuynuzlu, 1000 kiçikbuynuzlu heyvanın yanaraq tələf olduğunu deyib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum da Antalyadadır.
Yanğın Türkiyənin məşhur turizm bölgəsi Bodruma da yayılıb.