Türkiyədə ZƏLZƏLƏ:  5,2 bal...
25 iyun 2021 22:53 (UTC +04:00)

Türkiyədə ZƏLZƏLƏ: 5,2 bal...

0

Türkiyənin Bingöl vilayətində  5.2 bal gücündə zəlzələ baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 21:28-də qeydə alındığını açıqlayıb. 

Zəlzələ yerin 15,51 kilometr dərinliyində baş verib. Yeraltı təkanların mərkəzi Bingölün Kiğli rayonu olub.

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1326

Oxşar yazılar