Noyabrın 14-də Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılır.
Lent.az bildirir ki, bu barədə “Kommersant”a məlum olub.
Danışıqlarda Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin iştirak etdiyi bildirilir. Danışıqların təfərrüatları və məqsədi hələlik məlum deyil.
Noyabrın əvvəlində ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrienn Vatson demişdi ki, ABŞ Rusiya ilə sırf Rusiya-Amerika münasibətləri ilə bağlı birbaşa danışıqlar aparır, Ukraynadakı münaqişə mövzusu gündəmə gətirilməyib: “Bunun yeganə məqsədi ABŞ və Rusiya arasında risklərin azaldılmasını müzakirə etməkdir”.