Türkiyədə koronavirusa yoluxma sayı  artdı
23 iyul 2021 02:44 (UTC +04:00)

Türkiyədə koronavirusa yoluxma sayı artdı

Türkiyədə son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxma 10 minə yaxınlaşıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, son iki həftədə yoluxma sayı 2 dəfə artıb. Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 214 196 nəfər test edilib, onların 9586-nın koronavirus testi pozitiv nəticə verib, 5093 nəfər sağalıb. 52 nəfər bu infeksiyadan ölüb.

Nazir kütləvi peyvəndlənmənin cəmiyyətin qarşısında duran vacib məsuliyyət olduğunu vurğulayıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 64 487 841 peyvənd tətbiq edildiyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2622
avatar

Oxşar yazılar