Türkiyədə içində miqrantların olduğu 45 nəfərlik qayıq batıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Aralıq dənizindəki Kaş sahilinin cənub-qərbində baş verib.
Qeyd olunub ki, bölgədəki əlverişsiz hava şəraitinə baxmayaraq, Müdafiə Nazirliyi hadisə yerinə 2 dəniz patrul təyyarəsi göndərib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Sevinc Fərid