Türkiyə millisinin futbolçusu üçüncü dəfə qarət olundu
23 aprel 2024 21:58 (UTC +04:00)

Türkiyə millisinin futbolçusu üçüncü dəfə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusuf Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.

Lent.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin Fransadakı evi qarət olunub. Hadisə o, ailəsi ilə birlikdə evdə olarkən baş verib. Bu barədə oyunçu şəxsi instaqram hesabında paylaşım edib.

Y. Yazıcı evin giriş qapısında səslər eşidib və dərhal polisə müraciət edib. Futbolçunun çağırışından sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları cinayətkarları həbs ediblər.

Qeyd edək ki, Yusuf Yazıcı Fransada 3-cü dəfə bu cür halla üzləşib. Daha əvvəl onun avtomobili oğurlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

Oxşar yazılar