Uzun illər İran zindanlarında məhbus olan, ağır işgəncələrə məruz qalan Güney Azərbaycandan olan gənc fəal Murtuza Muradpurun İrana deportasiya olunmaq təhlükəsi var.
Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.
Kanalın xəbərinə görə, güneyli fəal qeyri-qanuni işlədiyi üçün hələ də İstanbul-Kağıthane-Sədabad polis bölməsində saxlanılır: "O, bu gecə İrana ekstradisiya edilmək üçün Tuzla toplama mərkəzinə göndəriləcək. Murtuza Azərbaycanın güneyinin milli davasının ağır əvəzini ödəyib və ödəyir. O, sonuncu dəfə İzmirdə keçirilən 2-ci Beynəlxalq Güney Azərbaycan Türkləri Forumunda iştirak edib. İndiki vəziyyətdə onun İrana təhvil verilməsinin nə demək olduğunu hamımız bilirik. Böyük Türkiyə dövlətinin səlahiyyətlilərindən qardaşımıza kömək etməyi və dərhal azadlığa buraxılmasını xahiş edirik".