Tufan 12 nəfərin ölümünə səbəb oldu
26 may 2023 21:55 (UTC +04:00)

Tufan 12 nəfərin ölümünə səbəb oldu

Hindistanın qərbindəki Racastan ştatında tufan 12 nəfərin ölümünə, bir neçə sakinin itkin düşməsinə səbəb olub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, mayın 25-dən başlayan tufan ştatın bir neçə rayonunda ciddi dağıntılar törədib. Ölüm halları şiddətli yağışın və güclü küləyin təsirindən evlərin və hasarların uçması nəticəsində qeydə alınıb. Ölü sayının artma ehtimalı var. Çünki təbii fəlakətin müşahidə olunduğu yaşayış məntəqələrinin hamısından məlumatlar daxil olmayıb.

Mülki müdafiə qüvvələri təbii fəlakətin fəsadlarının aradan qaldırılması işlərinə cəlb olunub. Evləri yararsız hala düşənlər çadırlarda yerləşdirilib. Tufan bir neçə yaşayış məntəqəsində kommunikasiya xətlərini, elektrik naqillərini qırıb. Bəzi yollarda su və palçıq axını səbəbindən hərəkət dayandırılıb.

Meteorologiya departamentinin məlumatına əsasən, küləyin sürəti saatda 96 kilometrə çatıb. Qurum bu cür hava şəraitinin 3-4 gün davam edəcəyini proqnozlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2183

Oxşar yazılar

Pedofil polis HƏBS OLUNDU:  3000-dən çox video yığıb

Pedofil polis HƏBS OLUNDU: 3000-dən çox video yığıb

9 may 2025 , 12:57
Qələbə yürüşünün iştirakçıları saxlanıldı

Qələbə yürüşünün iştirakçıları saxlanıldı

9 may 2025 , 12:34
Bu ölkədə varlılar üçün  vergilər artır

Bu ölkədə varlılar üçün vergilər artır

9 may 2025 , 11:51
Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

9 may 2025 , 11:33
Konsert zamanı səhnə uçdu, yaralılar var

Konsert zamanı səhnə uçdu, yaralılar var

9 may 2025 , 09:28
Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

9 may 2025 , 08:25
ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

9 may 2025 , 03:27
İranda xanım teleaparıcı öldürüldü 

İranda xanım teleaparıcı öldürüldü 

8 may 2025 , 23:50