Sloveniyada bazar günü keçirilən prezident seçkilərinin nəticələri məlum olub.
Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, seçkilərin ikinci turunda 54% səslə Nataşa Pirs Musar qalib gəlib. O, Sloveniyanın ilk qadın dövlət başçısı kimi tarixə düşüb.
Onun rəqibi, keçmiş baş nazir Yanes Yansaya isə seçicilərin 46%-i etimad göstərib.
Qeyd edək ki, Nataşa Pirs Musar vaxtilə Donald Trampın arvadı Melanyanın maraqlarını müdafiə edib.