Ticarət mərkəzində çaxnaşma:  Oğru qumbara çıxarıb... - VİDEO
27 dekabr 2021 00:25 (UTC +04:00)

Ticarət mərkəzində çaxnaşma: Oğru qumbara çıxarıb... - VİDEO

0

Moskvanın “Voykovskaya” metro stansiyası yaxınlığında yerləşən “Metropolis” ticarət mərkəzində qumbara təhlükəsi ilə bağlı müştərilər evakuasiya edilib.

Lent.az-ın məlumatına görə, bu barədə  “Mash” teleqram kanalı “112” xidmətinə istinadən məlumat yayıb. 

Ticarət mərkəzinə gələn naməlum şəxs ətir oğurlayarkən mühafizəçi onu görüb və saxlamağa çalışıb. Bu zaman kişi cibindən qumbara çıxararaq yaxınlaşacağı təqdirdə partladacağı ilə hədələyib. Daha sonra o, binadan çıxaraq metro istiqamətinə qaçıb. 

Polis həmin şəxsi axtarışına başlayıb. 

Bəzi mənbələrə görə, o, hətta silahdan atəş də açıb.  


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1486

Oxşar yazılar