Türkiyəli müğənni Gülşən həbs edilib.
Lent.az CNN Türk-ə istinadən xəbər verir ki, sənətçi konsertdə işlətdiyi ifadəyə görə həbs olunub.
O konsert zamanı birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, ifadəsini işlədib.
Gülşənin sözləri həmin liseydə təhsil alanların və məzunların, həmçinin dindarların ciddi narazılığına səbəb olub. Qısa zaman ərzində "Twitter" sosial şəbəkəsində Gülşənin həbs olunması üçün #gulsentutuklansın həştəqi ilə yüzlərlə paylaşım edilib.