“Taliban”dan növbəti vəhşilik
29 avqust 2021 11:07 (UTC +04:00)

“Taliban”dan növbəti vəhşilik

“Taliban” Hərəkatının silahlıları dünən əfqan müğənni Favad Andarabini öldürüb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Times Now” telekanalı müğənninin qohumlarına istinadən məlumat yayıb.

Müğənnini Baqlan əyalətindəki evindən çıxararaq güllələyiblər. Müğənninin oğlu hadisəni təsdiqləyib.  

Müğənni Favad Andarabi mahnılarında “Taliban” Hərəkatının əleyhdarlarını dəstəkləyib. Eyni zamanda “Taliban” liderləri musiqini islama zidd  sayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5133
avatar

Oxşar yazılar