Sarkisyan koronavirusa yoluxdu
28 yanvar 2021 14:31 (UTC +04:00)

Sarkisyan koronavirusa yoluxdu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, o, 17 yanvardan etibarən evdə karantindədir.

Qeyd olunub ki, sabiq prezident özünü yaxşı hiss edir və bütün görüşlərini və səfərlərini təxirə salıb.

Xatırladaq ki, ötən il noyabr ayında Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan koronavirusa yoluxaraq 58 yaşında ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233
avatar

Oxşar yazılar