ABŞ-ın Florida ştatının şərq sahillərini vuran “Nikol” qasırğası iki yüz ildən çox əvvələ aid insan qalıqlarını sahilə gətirib.
Lent.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Polis zabiti Martin Con Budensikin sözlərinə görə, Çesteyn çimərliyində altı kəllə və sümüklər tapılıb. Qalıqları orada dincələn insanlar görüblər.
Materiallar ekspertizaya təqdim edilib. Mütəxəssislər qalıqların yerli amerikalılara aid olduğundan şübhələnirlər.
“Tibbi ekspertiza müəlliflərinin fikrincə, sümüklərin yaşı 200 ildən çoxdur”, - Budensik yekunlaşdırıb.