Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini həbsxanada ziyarət edən tibb işçiləri onun ciddi beyin xəstəliyindən əziyyət çəkdiyini, siyasətçinin komaya düşərək ölə biləcəyini müəyyən ediblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Gürcüstanın Ombudsman Aparatına istinadla məlumat yayılıb.
“Xalq müdafiəçilərinin yaratdığı bir qrup mütəxəssis noyabrın 17-də yaydığı hesabatda xəstənin vəziyyətini kritik və ağır kimi qiymətləndirsə də, tövsiyələrə məhəl qoymaması səbəbindən Mixail Saakaşvilidə ən ağır fəsadlardan biri - Vernik ensefalopatiyası inkişaf edib”, - məlumatda vurğulanır.