Saakaşvili hərbi hospitala köçürüldü
20 noyabr 2021 01:55 (UTC +04:00)

Saakaşvili hərbi hospitala köçürüldü

0

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili saxlanıldığı 18 saylı Qldani həbsxana xəstəxanasından Qori Hərbi Hospitalına köçürülüb. 

Lent. Az APA-ya istinadla xəbər verir ki, sabiq Prezident 50 gün boyunca keçirdiyi aclıq aksiyası nəticəsində səhhətində yaranmış problemlərlə əlaqədar müalicə alması üçün Qori Hərbi Hospitalına yerləşdirilib. Hospitalda M. Saakaşvili üçün xüsusi palatanın yaradıldığı bildirilir.

Köçürmə ilə əlaqədar xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə hüquq mühafizə orqanlarının çox sayda əməkdaşı cəlb edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1243

Oxşar yazılar