Rusiyalı milyonçu ayı əvəzinə...adam öldürdü
12 avqust 2021 17:40 (UTC +04:00)

Rusiyalı milyonçu ayı əvəzinə...adam öldürdü

Milyonçu rus iş adamı İqor Redkin boz ayı olduğunu zənn etdiyi bir adamı öldürdüyünü etiraf edib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə Rusiyanın Kamçatka bölgəsində baş verib. Yerli sakinlər Redkini sərxoş halda havaya təsadüfi atəş açmaqda günahlandırıblar. Redki isə sərxoş olmadığını və 30 yaşlı  Andrey Tolstopyatovu boz ayı ilə səhv saldığı üçün vurduğunu bildirib. Hadisədən sonra o, polisə təslim olub. 

Qeyd edək ki, İqor Redkinin 9.7 milyon dollar sərvəti var. O, həmçinin Vladimir Putinin hakim partiyasının Kamçatka yerli məclisində millət vəkilidi. Rusiyanın 20 ən varlı dövlət qulluqçusundan biridi. 


Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823
avatar

Oxşar yazılar