Polşa XİN ölkənin şərqinə Rusiya istehsaı olan raket düşdüyü üçün səfir Sergey Andreyevi çağırıb.
Lent.az xəbər verir ki, məlumat Polşa XİN-in rəsmi saytında er alır.
Bildirilir ki, 15 noyabr 2022-ci ildə Ukraynada bir çox obyekt Rusiyanın raket hücumuna məruz qalıb. Saat 15.40-da isə Rusiya istehsaı olan raketin Xrubeşuvski kəndinə düşməsi nəticəsində 2 nəfər ölüb. Məsələ ilə bağlı Sergey Andreev XİN-ə çağırılaraq məlumat istənib.