Rusiya qoşunları Dneprin sol sahilində əlavə müdafiə sədləri qurur.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Cənub Ordu Komandanlığı məlumat yayıb.
Bildirilir ki, bu məqsədlə əlavə müdafiə sədləri qurulur, Rusiya ordusu bu ərazidə möhkəmlənir.
Paralel olaraq Ukrayna aviasiyası Rusiya ordusunun mövqelərinə hava zərbələri endirir. Rusiya ordusunun 4 toplaşma rayonuna zərbə nəticəsində 7 zirehli texnika məhv edilib, qırxadək hərbçi zərərsizləşdirilib.
Rusiya qoşunları Dneprin sol sahilində möhkəmlənir
1515