Rus şairi Aleksandr Puşkinin Ukraynanın Xarkov şəhərindəki büstü demontaj olunub.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Xarkov Şəhər Şurası məlumat yayıb.
Şəhər Şurasının rəhbərliyi bildirib ki, büst muzeyə təhvil veriləcək: “Bu sənət əsəri Ukrayna milli azadlıq hərəkatına aid sərginin eksponatları arasında yer ala bilər. Çünki büstün sökülməsinə hələ 1917-ci ildən əvvəl də təşəbbüs göstərilib.
Qeyd edək ki, Puşkinin Xarkovdakı büstü 1904-cü ildə, çar Rusiyası zamanında qoyulub.