Rus qoşunları Çerniqovu “Qradlar”dan atəşə tutur
26 fevral 2022 17:00 (UTC +04:00)

Rus qoşunları Çerniqovu “Qradlar”dan atəşə tutur

Rusiya qoşunları Ukraynanın Çerniqov şəhərinə artilleriya zərbələri endirir.

Lent.az xəbər verir ki, bu barədə Çerniqov Regional Mülki-Hərbi Administrasiyasının mətbuat xidməti “facebook” hesabında məlumat yayıb.

"Diqqət! Rusiya qoşunları şəhəri “Qradlar”dan atəşə tutur", - məlumatda deyilir.

Yerli mətbuat yazır ki, şəhər meri Vladislav Atroşenko sakinləri küçə döyüşlərinə hazırlaşmağa çağırıb.

Yerli sakinlərin sözlərinə görə, mərmi zərbələrindən evlərin pəncərələri qırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Rəsul SARI

Oxşar yazılar