Qatar yük maşını ilə toqquşdu, ölən var
13 noyabr 2021 09:51 (UTC +04:00)

Qatar yük maşını ilə toqquşdu, ölən var

Tatarıstanda ötən gün saat 19:40-da Novonikolaevski qəsəbəsi yaxınlığında dəmir yolu keçidində propan qazı ilə doldurulmuş çənləri daşıyan qatar yük maşını ilə toqquşub.

Lent.az yerli Fövqəladə Hallar Xidmətinin məlumatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.

Altı çəndən üçü aşıb, digərləri relsdən çıxıb. Çənlərdə sızmanın olub-olmadığı dəqiqləşdirilir.

Qatarların hərəkətində heç bir gecikmənin olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2117

Oxşar yazılar