Moskvada polis idarə etdiyi “Porsche” markalı avtomobillə qəza törədib.
Lent.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşı Moskva vilayətinin Ximki rayonunyn Putilkovskoye şossesində qəza törədib, nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
“Porsche”-nin sürücüsü könüllü olaraq polis şöbəsinə gəlib. Onun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhər rayonu üzrə idarələrindən birinin əməkdaşı olduğu və qəza zamanı xidmətdə olmadığı məlum olub”, - deyə bildirilib.
Faktla bağlı cinayət işi açılıb.