İspaniya polisi təcrid olunduqları yerdən qaçmış 9 hollandiyalı turisti axtarır.
Lent.az-ın xəbərinə görə, Naval del Madrono şəhərinə istirahətə gələn turistlərdən ikisi xəstələnib.
Müayinə zamanı onların covid-19-a yoluxduğu məlum olub. Buna görə də 9 nəfərlik qrup karantinə alınıb. Lakin bələdiyyə işçiləri ertəsi gün yoxlamağa gəlrkən onları qaldıqları mənzildə tapmayıb.
Polisin məlumatına görə, onların Portuqaliyaya keçmək ehtimalı var. Lakin heç bir halda vətənə təyyarə ilə qayıda bilməyəcəklər. Çünki aeroportdan istifadə üçün mənfi covid-19 testi tələb edilir.