ABŞ-da cinsi zorakılıqda ittiham edilərək axtarışa verilən şəxs Britaniyada ələ keçib.
Lent.az xəbər verir ki, 28 yaşlı “Artur Kinq” saxta sənədlə 6 ay idi Britaniyada məskunlaşmışdı. O hətta özünün ölüm xəbərini də yaymışdı. Lakin bu günlərdə sosial şəbəkədə yayılan şəkildən məlum oldu ki, Kinq əslində sağdır və həqiqi adı Nikola Rossidir. ABŞ ədliyyəsi bu şəxsin ekstradisiyasını tələb edir.
Dindirmə zamanı Rossi Feysbukda paylaşılan şəxsin ona aid olmadığını desə də, faktı dana bilməyib.