Müəlliminin evini aldı   – Görün nə ilə qarşılaşdı?
24 iyul 2023 16:05 (UTC +04:00)

Müəlliminin evini aldı – Görün nə ilə qarşılaşdı?

Antikvar mağazasının sahibi Aleks Arçbold mərhum musiqi müəllimi Bette-Joan Ruckun evini alıb.

Lent.az xəbər verir ki, o, evini cəmi 7500 dollara alıb.

Edmontondan olan Aleks Arçbold əntiq əşyalara və maraqlı sərgüzəştlərə həsr olunmuş çoxlu abunəçiləri olan məşhur "YouTube2 kanalı ilə tanınır. Macəra axtarışı onu keçmiş müəlliminin evini almağa vadar edib.

Onun sözlərinə görə, müəllimin cüzi gəliri olduğu üçün sonradan görəcəklərini heç gözləmirmiş. Amma ilk dəfə evi içəridən görəndə onun vəziyyəti Aleksi şoka salıb. Ev xəzinələrlə dolu olub.

Arçbold və ailəsi satmaq üçün qiymətli əşyalar axtararkən qəfildən içərisində gümüş külçələr olan bir yığın kağız tapıblar. Ancaq bu, aysberqin yalnız görünən hissəsi idi. Onlar evdə axtarış apararkən nağd pulla dolu pul kisələrinə rast gəliblər. Hətta qiymətli qızıl və brilyant zinət əşyaları da tapıblar.

İlk hərracdan sonra onlar tapdıqları xəzinələrə görə artıq 200 min dollara yaxın pul qazanıblar. Amma Arçbold bu məbləğin daha da artacağına əmindir. Evin içindəkilərdən tamamilə qurtulanda onun ən azı daha 100.000 dollar qazanacağını təxmin edir.

Qeyd edək ki, Aleksin musiqi müəllimi Bette-Joan Ruck 1944-cü il təvəllüdlü istedadlı musiqiçi idi. Ancaq gözlənilməz bir avtomobil qəzası onun bir sıra planlarını pozub. Buna baxmayaraq o, musiqiyə olan sevgisini inkişaf etdirməyə davam edib və təhsilini Solo Piano üzrə Diplom və Piano üzrə Müəllimlik dərəcəsi ilə Kral Toronto Musiqi Konservatoriyasında tamamlayıb.

Zərgərlik bir yana, Bette-Joan Ruck'ın evi Arçbold və ailəsini “Chanel”, “Burberry” və “Tiffany” kimi tanınmış dizaynerlərdən tapılan əlavə qutularla təəccübləndirib. Həmçinin evdə köhnə bıçaqlar, qiymətli köhnə plastinalar, ayaqqabılar, kitablar və hətta bir neçə köhnə tikiş maşını var idi.

Arçbold, sadəcə pianonu özü üçün saxladığını və onu antikvar dükanının yanında açmağı planlaşdırdığı yeni kafeyə köçürməyi planlaşdırdığını bildirib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2321

Oxşar yazılar

İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28
Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33
Heyvanxanada 13 nəfəri ildırım vurdu

Heyvanxanada 13 nəfəri ildırım vurdu

14 may 2025 , 22:22
HƏMAS üzvlərini  öldürən polis məktub yazıb intihar etdi

HƏMAS üzvlərini öldürən polis məktub yazıb intihar etdi

14 may 2025 , 18:08
Rusca danışan məktəb direktoru işdən QOVULDU

Rusca danışan məktəb direktoru işdən QOVULDU

14 may 2025 , 16:16