Misirdə yük qatarı ilə sərnişin avtobusu toqquşdu: ölənlər var
22 iyun 2021 05:11 (UTC +04:00)

Misirdə yük qatarı ilə sərnişin avtobusu toqquşdu: ölənlər var

Misirdə yük qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində azı 4 nəfər ölüb, 26 nəfər yaralanıb.

APA “El Watan” informasiya portalına istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Kamel əl-Vəzir bildirib.

Nazir qeyd edib ki, avtobus tekstil fabrikinin işçilərini daşıyırmış. 

Hadisə ilə bağlı xüsusi komissiya tərəfindən istintaq başladılıb.

Qeyd edək ki, bu il Misirdə bir neçə oxşar dəmir yolu qəzası baş verib.

# 924
avatar

Oxşar yazılar